Hamburqda görüşün alınmaması nədir? Daha bir aprel olacaqmı?

Hamburqda görüşün alınmaması nədir?


Hamburqda baş tutacağı ümid edilən görüş alınmadı. Diplomatlar bundan sonra nə qədər çalışsalar da, böyük ehtimalla Qarabağla bağlı proses növbəti ilə qaldı...

Növbəti ilə isəböyük məchulluqlarla gedirik. Bir tərəfdən ABŞ-ın D.Tramp sürprizi, o biri tərəfdən də Rusiyanın Ermənistanla getdikcə intensivləşən hərbi əməkdaşlığı...

Trampın niyyətləri indi bir “qara kvadrat”dır. Görək,əsas vəzifələri kimlərə verəcək?..

Özünün Qarabağla və eləcə də MDB-dəki digər münaqişələrləbağlı siyasətini, ümumiyyətlə, Rusiyayayönəlik münasibətini necə quracaq?..

Ruslara gəldikdə, hökumətlərimiz arasından az qala “su da keçməsə də”, Kremllə Bakını böyük “dostluq telləri” birləşdirsə də, təəssüf, bunu dövlətlər arasındakı münasibətlərə şamil etmək olmur...

Yazdakı ümidverici proseslərdən sonra Ermənistan yenidən özünü Rusiyanın ağuşuna ata bildi – iki ölkə birgə hərbi komandanlığa başladı və bu, azmış kimi, Kreml Ermənistana verdiyi və yaxud da ki, hədiyyə tək bağışladığı silahları dövlət sirri kimi təsnif etmək qərarına gəldi...
Ona görə də ilin yekunlarını vurmaqdan savayı çarəmiz qalmır. Bunu isə bir daha aprel olaylarına qayıtmaqla etmək olardı.

Təəssüf ki, ilk uğurlu hərbi əməliyyatları diplomatik üstünlüyə çevirə və işğalçını sülhə vadar edə bilmədik...

Aprel sözsüz ki, hərbi uğur idi.92-ci ildən indiyədək düşmənə ciddi hərbi təzyiq göstərə bilməmişdik.

Bu, ilk belə cəhd oldu və onun nə qədər böyük ruh yüksəkliyi yaratdığını bir daha vurğulamağa ehtiyac yoxdur. Amma kiçik nüans var.

Təəssüf ki, Ermənistanın da özündən “razı” qalmaq üçün müəyyən əsasları var.Məsələ bundadır ki, Azərbaycan bu hərbi həmləyə düz 23 il idi ki, hazırlaşırdı.23 il idi deyilirdi ki, Azərbaycanın iqtisadi və demoqrafiq üstünlükləri ciddi hərbi və diplomatik nəticələr verəcəkdir...

İnkar etmirik, haradasa, elə belə də oldu. Amma daha ciddi uğurlar gözləyirdik.Azad olunmuş İki min hektarlıq ərazi işğal olunmuş cəmi ərazilərin qarşılığında çox azdır, hətta kiçik damladır. Bizim uğurumuz daha böyük olardı və bəlkə də olmuşdu da...

Bəlkə də elə nüanslar var ki, biz siyasi təhlilçilər onları bilmirik. Bütün bunlar mümkündür. Amma adətən hər şeyin nəticəsinə görə mühakimə yürüdürlər. Nəticə isə budur ki, ürəyimiz istəyən əsl böyük uğura imza ata bilmədik. Yerevan da məsələnin elə bu tərəflərini qabardır: deyirlər ki, Bakının artan iqtisadi və hərbi gücünə rəğmən duruş gətirə bildik...

Amma düşünürükki, kimin daha çox uğur qazandığına, kimin son illərdə daha çox irəli getdiyinə başqa detal da işıq salır.

Apreldən sonra Ermənistan əvvəlki illərdən on dəfə artıqehtirasla Rusiyanın ağuşuna atıldı.Apreldən sonra elə Rusiyanın da maskası bir daha yırtıldı.

Əslində onun bu proseslərdə rolu heç də gizli deyildi. Amma daha çox belə fikir aşılanırdı ki, guya, azərbaycanlılar bacarmırlar, döyüşmürlər və yalnız biri-birlərini didməklə məşğuldurlar.

Göstərdik ki, döyüşə və güclü ola bilirik. Sadəcə, problem ondadır ki, Ermənistan on illərdir, münaqişənin adi bir aktyorudur, onun prodüsseri və rejissoru isə Rusiyadır...

Bu səbəbdən də on illərdir, nəinki Qarabağ, eləcə də Cənubi Osetiya və Abxaziya, Dnestryanı münaqişələri həll olunmur. Hələ bu da azmış kimi, Ukrayna da münaqişəli respublikaların cərgəsində yerini tutdu...

Bəs nə olacaq? Daha bir aprel olacaqmı?.. Vallah, adam konkret söz deyə bilmir. Ona görə ki, düzdür, Dağlıq Qarabağda hürən qulağıkəsik köpəkdir, amma arxasındakı canavardır...
Bəli, Rusiya-Ermənistan cütlüyünü yalnız bu cür səciyyələndirmək olardı. Ona görə də bir söz deyə bilmərik. Ola bilsin, ABŞ siyasətinə bir aydınlıq gələndən, Rusiya– Türkiyə münasibətləri daha anlaşıqlı fazaya keçəndən sonra nəsə konkret bir söz demək mümkün olacaq. Amma hətta belə bir halda da böyük ümidlərə qapılmırıq.

Məsələ bundadır ki, münaqişə yaratmaq və münaqişələrəqatılmaq Rusiyanın mövcudluq formasıdır və bunu rusiyalı politoloqlar daaçıq deyirlər. Rusiya diqqəti daim öz daxilindən kənarlara yönəltməyə çalışır. Elə politoloqlarının daölkələrinə tövsiyyə etdiyi siyasi reseptbudur: bir problemdən diqqəti yayındırmaq istəyirsənsə, başqasını yarat...

Yazar : Hüseynbala Səlimov



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...