Putin jurnalistləri itlə qorxutdu - FOTOLAR

Putin jurnalistləri itlə qorxutdu -


Rusiya prezidenti Vladimir Putin yapon jurnalistlərinə müsahibədən öncə “akita-inu” cinsindən olan itini göstərib.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, Putin “Yume” (Arzu) ləqəbli itinin onu həmişə müdafiə etdiyini deyib: “Mənə dedilər ki, siz Yumeyə baxmaq istəyirsiz. Buyurun, o əla formadadır”.

Putin jurnalistləri itlə qorxutdu -


“Biz Yumeni şən və gümrah görməkdən məmnunuq. Görüşün əvvəlinin belə olacağı bizi bir qədər təəccübləndirdi. Həm də qorxduq”, - deyə KİV nümayəndələri bildirib.

“Düz edib qorxdunuz. Çünki o ciddi itdir” - Putin yapon jurnalistələrə cavab verib.

Putin jurnalistləri itlə qorxutdu -

Putin jurnalistləri itlə qorxutdu -

Qeyd edək ki, bu iti Putinə 2012-ci ildə Yaponiyanın Akita prefekturasının rəhbərliyi bağışlayıb. Rusiya prezidenti isə əvəzində Akita qubernatoruna Sibir pişiyi hədiyyə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...