ÇÖRƏYİN QİYMƏTİ UCUZLAŞACAQ, ÇƏKİSİ DƏ ARTACAQ

ÇÖRƏYİN QİYMƏTİ UCUZLAŞACAQ, ÇƏKİSİ DƏ ARTACAQ


Çörəyin qiyməti ucuzlaşa bilər. Gundeminfo.az xəbər verir ki, bunu Sherg.az-a Azərbaycanda buğdanın və çörəyin idxalı və satışının 3 il müddətinə ƏDV-dən azad edilməsinə münasibət bildirərkən iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib.

Ekspertin sözlərinə görə, bazarda qiymətlərin artması çörəyin qiymətinə də təsir göstərir: "İstehlak bazarında artan qiymətlərin çörəyin qiymətinə təsiri olmamalıdır. Bununla əlaqədar qiymətlərin nizamlanmasına ciddi nəzarət olmalıdır. Bəzi müəssisələr qiymətin normallaşdırılması qarşısında çörəyin çəkisini azaldırlar. Bu isə qanuna ziddir. Çörəyin qiyməti hər zaman əlçatan olmalıdır və onun bahalaşmasından söhbət gedə bilməz. Bu barədə tapşırığın verilməsi isə sözsüz ki, təqdirəlayiqdir”.

Qeyd edək ki, Vergilər naziri Fazil Məmmədov bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə, buğdanın idxalı və satışı ilə yanaşı buğda unu və çörəyin istehsalı və satışının da 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...