Azərbaycan sorğu verdi - Blogger Minskdə həbs edildi

Azərbaycan sorğu verdi -


Minskdə rusiyalı və israilli bloger Aleksand Lapşin saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə blogerin “Facebook” səhifəsində bildirilir. Lapşin qeyd edib ki, o, Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılıb.

“Sputnik Belarus” agentliyinin yaydığı məlumatda isə bildirilir ki, Lapşin Bakıya təhvil verilə və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun məsuliyyətə cəlb edilə bilər.

Qeyd edək ki, sözügedən şəxsin adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil olunub. Buna səbəb blogerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. Lakin 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi “Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...