Rusiyada spirtdən kütləvi zəhərlənmə - 25 nəfər öldü

Rusiyada spirtdən kütləvi zəhərlənmə -

Rusiyanın İrkutsk vilayətində alkoqollu içkidən kütləvi zəhərlənmə baş verib. "Tibbi mütəxəssislərin ilkin rəyinə görə, zərərçəkənlər naməlum zəhərdən kəskin kimyəvi zəhərlənməyə məruz qalıblar. Onların hamısı bir gün əvvəl spirt tərkibli surroqat maye istifadə edib", - deyə Səhiyyə Nazirliyinin ilkin məlumatında bildirilib. İstintaq Komitəsinin vilayət üzrə İdarəsindən verilən son məlumata görə isə, xəstəxanaya 42 nəfər yerləşdirilib və artıq onlardan 25 nəfəri dünyasını dəyişib. Qalanlarının vəziyyəti isə ağır olaraq qalır.

Bir daha təsdiqlənib ki, onların qəbul etdikləri konsentratın tərkibində metil spirti olub. Virtualaz.org xatırladır ki, hadisə qurbanlarının hamısı eyni mikrorayonda - Novo Leninoda yaşayanlar olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...