Dollar ucuzlaşdı - Səbəb Çindir

Dollar ucuzlaşdı -


ABŞ dollarının altı əsas valyutaya qarşı məzənnəsini müəyyən edən "ICE U.S. Dollar" indeksi bugünkü ticarət sessiyasında 0,09% zəifləyib.

APA xəbər verir ki, dolların 16 valyutaya nisbətən məzənnəsinin dinamikasını müəyyənləşdirən "WSJ Dollar" indikatoru 0,15% geriləyib. Avronun dollara qarşı məzənnəsi həftənin ilk ticarət sessiyasının gedişatında 1,0459 dollar səviyyəsində ticarət olunur. Xatırladaq ki, ötən ticarət sessiyasının sonunda Avrozonanın vahid valyutası 1,0451 dollar olub.

Ötən sessiyanın sonunda 1 dollar 117,93 Yaponiya yeni təşkil edirdisə, bu gün 117,29 yenə çatıb. Maraqlıdır ki, son 12 həftənin 10-da dollar yenə nisbətən bahalaşıb. Qeyd edək ki, Yaponiyanın rəsmi valyutası ötən həftə dollar nisbətən 2,4% ucuzlaşıb.

"İnterfax" agentliyi yazır ki, bugünkü ticarət sessiyasında dolların ucuzlaşmasına səbəb ABŞ-la Çin arasında yaranan gərginlikdir. Dekabrın 15-də Çinin hərbi gəmisi Cənubi Çin dənizində ABŞ-a məxsus sualtı avtomatik aparatı ələ keçirib. Çin Müdafiə Nazirliyi bəyan edib ki, aparatı ABŞ-a qaytarmağa hazırdır. Lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çinliləri oğru adlandırıb: "Onu (aparatı - red. özünüzə saxlayın!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...