Piter Elçinin qardaşı niyə öldürüldü? – Sensasiyalı təfərrüat
Ötən gün Masallıda baş verən qətl hadisəsinin sensasiyalı təfərrüatı məlum olub.
Axar.az-ın əldə etdiyi məlumata görə, kifayət qədər böyük nüfuz sahibi Piter Elçinin – Elçin Maşallah oğlu İsmayılovun qardaşı, Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz İsmayılovun ötən gün 23 yaşlı Quluzadə Murad Əfqan oğlu tərəfindən Masallıda, 25 güllə ilə qətlə yetirilməsinin səbəbi qisasdır.
Qeyd olunur ki, M.Quluzadə 4 il öncə Moskvada öldürülən, Lənkəranlı Amil adı ilə tanınan avtoritetin əmisi oğludur.
Amilin atası “Məzək” ləqəbli adam olub. Babası isə Lənkəranda məhşur Hacı Daşdəmir olub. Atası və babası vəfat edib.
Amilin öldürülməsi barədə təfərrüatlara gəlincə, onun sırf təsadüf nəticəsində öldürüldüyünü deyə bilərik. 27 sentyabr 2012-ci ildə Amil və bir neçə yaxın adamı səhvən Piter Elçinin qardaşını döyüblər. Sonra Moskvanın tanınmış “Talisman vostoka”restoranında Elçindən üzr istəyib və hadisənin səhvən baş verdiyini desələr də, məşhur avtoritet onu bağışlamayıb.
Amil Lənkəranın Kiçikbazar qəbiristanlığında basdırılıb. Bu şəxs Rövşən Lənkəranskinin qonşusu olsa da, onun tanınmış avtoritetlə yaxından-uzaqdan əlaqəsi olmayıb.
Xatırladaq ki, bu ilin iyununda Piter Elçinin böyük qardaşı Maarif İsmayılov Sankt-Peterburqun Sofiysk meyvə-tərəvəz bazarının qarşısında həmyerlisi Emil Hüseynov tərəfindən qətlə yetirilmişdi. Qətllə bağlı Sankt-Peterburqda aparılan istintaqda sifarişçi kimi adı hallanan məşhur milyarder Vaqif Məmişov da ifadə verib.
1216 dəfə oxundu