Rus səfirin qatili ABŞ agenti imiş - İDDİA

Rus səfirin qatili ABŞ agenti imiş -


Ankarada Rusiya səfiri Andrey Karlovu qətlə yetirən Mərd Altıntaş barədə yeni iddialar ortaya çıxıb.

Ölkə.az xəbər verir ki, Rusiyadan qətli araşdırmaq üçün gələn xüsusi heyət Altındaşın telefonundan bir sıra məlumatlar əldə edə bilib.

Xəbərə görə, Altındaşın telefonunda 4 rəqəmli şifrə sındırıldıqdan sonra onun 15 iyulda dövlət çevrilişinə cəhd zamanı hərəkət planı aşkar olunub.

Mərt Altındaş 15 iyul günü hazırda FETÖ işi ilə əlaqədar həbsdə olan Diyarbəkir polis idarəsinin rəisi Qəhrəman Sezərdən icazə alaraq, İraqın Ərbil şəhərinə gedib. Onun telefonundan ən son siqnal ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Ərbildəki ofisinin yanında qeydə alınıb.

Daha sonra telefon söndürülür və 7 saat sonra Ankarada siqnal qeyd alınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...