Məşhur ticarət mərkəzində FACİƏ: 6 yaşlı qızın barmağı qopdu

Məşhur ticarət mərkəzində FACİƏ:


Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.

Nərimanov Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb. Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...