"Viktoriya-313" MTK barədə prezidentə şikayət olundu - MƏTN

"Viktoriya-313" MTK barədə prezidentə şikayət olundu -


Bakı (Az 1053) Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev7/19,mən.,141- ünvanda yaşayan Məmmədova Gülsüm Əsgər qızı prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mərhum həyat yoldaşım Məmmədov Vahid Rza oğlu 2015-ci ilin əvvəlində Naxçivan şəhərində ona məxsus olan mülkü satıb 50000 (əlli min) manat pul düzəltmişdi ki, Bakıda dolanmaq üçün bir iş qursun. Elə bu arada Vahidin dostuilə söhbəti əsnasında məlum olur ki, onun “VİKTORİYA-313” Mənzil Tikinti Kooperativin rəhbəri olan həmyerlisi Arzuman Əliyevlə işbirliyi qurmasını məsləhət görür. Vahidin dostu qeyd edir ki, MTK rəhbəri Arzuman həm də geniş əlaqələrə və biznesə malik adamdır. Hazırda onun MTK-sının tikintisində bir az maliyyə sıxıntısı var ki, o özü maraqlıdır ki, pul tapıb binaları vaxtında təhvil versə xeyli qazanc əldə edəcəkdir. Hər üçü görüşüb razılaşırlar ki, Vahid əlində olan nağd 50000 (əlli min) manatı Arzumana versin ki, o da MTK-nın sifarişi əsasında gətirilmiş 70 ton armaturu alıb tikintini davam etdirsin. Arzuman Vahidə söz verir ki, devalvasiyanı və infilyasiyanı nəzərə almaqla bina tikilib hazır olanadək hər ay əlavə olaraq bina “alıcı”larından aylıq kassaya daxil olan puldan 1500 AZN ona verəcəkdir. MTK sahibi hətta Vahidi verdiyi pulun əvəzi olaraq tam arxayın salmaq üçün ona tikilməkdə olan 1-ci binanın 1-ci blokunun 2-ci mərtəbəsindən 101,16 kvadrat metr sahəsi olan mənzilin ona verilməsinə dair 11mart 2015-ci il tarixində MTK-nın satış müdiri olmuş əmisioğlu Əliyev Vüqar Allahverdi oğlunun adından müqavilə də bağlayıb təqdim edir. Aradan bir müddət keçməmiş A.Əliyev saxlanılır və barəsində istintaq araşdırması gedir. Sonradan bizə məlum olur ki, Arzuman Əliyev 2013-cü ildən sonra aldatdıqları qohumu və iş adamları olan Rüfət Vəliyev, Nazim Tahirov, Elbrus Məmmədov və Etibar Kərimova qarşı törətdiyi dələduzluq faktları ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində dələduzluq maddəsi üzrə cinayət işi başlanaraq istintaqa cəlb edilir. Elə bu səbəbdən onun “VİKTORİYA-313” MTK-dakı işləri dayanır.

19 noyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Arzuman Əliyev haqqında AR CM 178-ci maddəsi ilə(dələduzluq) ittiham olunaraq 11 il müddətində azadlıqdan məhrum edilmişdir.

Rəhmətlik yoldaşım Vahid Arzumanın təhlükəli dələduz olmasını bildikdə bərk sarsılır. Vahid çalışır ki, Arzumana verdiyi pulu geri alsın. Amma nə qohumları, nə də özü pulun hamısını deyil, yalnız hissə-hissə verə biləcəklərini bildirirlər. Vahid bir neçə dəfə Arzumanla onun MTK üzrə digər şəriki olan Nizamilə birlikdə görüşüb məsələni müzakirə edirlər. Lakin hər dəfə Arzuman yalan vədlər verməkdən başqa heçnə etmir. Bu ilin əvvəlində, yanvarın 20-dən sonra Vahid Arzumanla əlaqə saxladı və evə çox narahat gəldi. Yanvarın 26-da Vahid yatdığı yerdə, qəfil beyin insultu keçirərək dünyasını dəyişdi. O idmançı idi. Günaşırı idmanını davam etdirirdi. Heç vaxt xəstəliyi olmamış və müalicə almamışdır. Sadəcə Arzumanın digərləri kimi onu da açıq-aşkar etimadından süi-istifadə edərək aldatmasını heç cürə qəbul edə və bağışlaya bilmirdi. Fakt ondan ibarətdir ki, Arzuman dələduzluğuilə Vahidin ölümünə səbəbkar oldu. “Viktoriya-313” MTK isə 50000 AZN pulumuzu qaytarmaqdan imtina edir

“VİKTORİYA-313” MTK-nın digər şəriki olan Nizami müəllim də qeyd edir ki, “MTK-nın büdcəni Arzuman tam dağıdıb. Pul yoxdur və heçnə verə bilmərik. Arzuman reallıqda tikilib istifadəyə verilən 2-ci binanın mənzillərinin hamısını və tikilməkdə olan 3-cü binadakı mənzillərin də çoxunu satıb pullarını kassadan götürüb mənimsəmişdir. Yəni, bu adam qoyduğu mayadan da artıq pul götürüb və indi o MTK-ya haradsa 1,5 (milyon yarım pul borcu var) Qalan mənzillərdən də bəzilərini vəd verdiyi adamlara və doğma bacısına hədiyyə edib. O “VİTORİYA-313” ü çıxılmaz vəziyyətə salıb. Pul verib mənzil gözləyən vətəndaşlar da gördülər ki, Arzuman həbs olunub, binalarda gedən işlər dayanıb, başladılar şikayətlər etməyə. Budur, iki dəfə məsələ Abşeron rayon Prokurorluğunda araşdırılıb. Birtəhər işi yoluna qoymuşuq və öhdəlik götürmüşük ki, biz binanı tikib şikayətçilərə təhvil verəcəyik. İndi ordan-burdan pul tapıb tikintini davam etdirirk. Biz Vahidin ailəsinə pulu necə qaytara bilərik? Bizdə bu iş üçün verəsi və ya qaytarası bir qəpik də pul yoxdur.”

Bu arada oğlum Nihad məsələni “VİKTORİYA-313” MTK-nın ofisində araşdırdığı zaman məlum olur ki, atası Vahidin adına müqavilədə qeyd olunan 1-ci binanın heç tikintisinə başlamayıblar. Və iş “fundament” qazıldıqdan sonara dayandırılb. Yəni, aydın olur ki, “VİKTORİYA-313” MTK tərəfindən 101 kv.m sahəsi olan mənzillə bağlı müqavilə də saxta imiş. Müqavilənin şərtlərində qeyd edilən öhdəliklərin heç biri “satıcı” adlanan tərəfdən yerinə yetirilməyib. Yəni, MTK rəhbəri ərim Vahidin etimadından süi-istifadə etməklə ona məxsus əmlakı 50000 manat pulu qaytarmaq və ya əvəzində mənzil vermək kimi sövdələşməsinə əməl etməyib. O bizim ailəyə qarşı dələduzluq törədib külli-miqdarda əmlakımızı mənimsəmişdir. Doğrudur, MTK-rəhbərləri və (“Viktoriya-313” MTknın təsisçiləri olmuş Nizami və Arzuman, satış müdiri Vüqar Əliyev və yük avtomobili sürücüsünün iştirakıilə) sürücü Vahiddən aldığı pulu şahidlərin yanında bina tikintisi üçün 70 ton armaturun alındığını və tikintiyə sərf edildiyini bildirir. Və buna görə məsləyə görə cavabdehliyin “Viktoriya-313” MTK- daşıdığını bildirir. Onun digər şəriki olan Nizami də qeyd edir ki, biz həmin pulu qaytarmaq fikrində deyilik. Olsa olsa indi tikilməkdə olan binalardan birində mənzil verə bilərik. Lakin fakt bundan ibarətdir ki, 3-cü və 4-cü binaların tikintisinin nağd pul olmadığı vaxtda, nə vaxt tikilib başa çatacağı qeyri-müəyyəndir.Və biz yalnız pulumuzu istəyirik.”-ci və 3-cü binalarda isə mənzillər hamısı qiyabi satılıb qurtarıb. Vahidlə bağlanmış müqavilə də binanın nə vaxt tikilb başa çatacağı müddət də konkret göstərilməyib. Müqavilənin 5.3-cü hissəsində göstərilir: Müqavilə “Alıcı”nın təklifinə əsasən pozularsa, bu halda “Alıcı” tərəfindən ödənilmiş məbləğ “Koopreativ” tərəfindən yalnız həmin mənzili başqa bir şəxsə yenidən satıldıqdan sonar “Alıcıya” qaytarılır. Yəni, bu maddə üzrə biz “Alıcı” qismində qeyd edilən tərəf kimi bildirmək istəyirik ki, müqavilə bağlandığı vaxtdan 1 il 9 ay müddət keçməsinə baxmayaraq binanın tikintisinə 1 manat da vəsait qoyulmayıbsa qanuni hansı tərəf pozmuş olur? “Satıcı” öz öhdəliyini qanunvericilik əsasında yerinə yetirməli “Alıcı”nin pulunu qeyd-şərtsiz geri qaytarmalıdır. Bunun başqa bir anlamı yoxdur.

Saxta müqavilənin 6.5 Maddəsində qeyd edilir: Tərəflər razlığa gəlirlər ki, tikinti materiallarının qiymətinin kəskin artması halında mənzilin bir kv.m qiyməti dəyişdirilir. Və ya ödənilmiş məbləğ aldığı qiymətə geri qaytarılır. Bu maddəyə əsasən də biz sadəcə pulumuzun dərhal geri qaytarılmasını istəyirik. Bizə hər hansı mənzilin gələcəkdə veriləcəyi şərtilə razı deyilik.

Apardığımız araşdırmalardan məlum olur ki, Abşeron rayonun Masazır qəsəbəsində “Duzlu göl” ərazisində “Vikoriya-313” MTK tərəfindən 2012-ci ildən başlanmış 4 binadan yalnız 2-cisi tikilib istifadəyə verilmişdir. Qalan 3 və 4-cü 13 mərtəbəli binalarda hal hazırda tikinti işlər maliyyə çatışmazlığı ucbatından çox ləng davam etdirilir. Bu binalar 2015-ci ildə buraya vaxtilə maliyyə vəsaiti qoymuş vətəndaşlara təhvil verilməsi nəzərdə tutulsa da ödənişlərin MTK rəhbərliyi tərəfindən qanunsuz mənimsənilməsi nəticəsində binalardan ikisinin vaxtında təhvil verilməsi yubanmışdır. Bir sözlə, ayrı-ayrı vətəndaşlar tərəfindən 1-ci, 2-ci və 3-cü binanın tikintisi üçün MTK-nın hesabına ödənilmiş 3 milyon manat pulun aqibəti məlum deyildir. Görünən təkcə 2-ci və 3-cü binaların beton işlərinin görülməsinə sərf edilən işlərdir ki, bunların icrası üçün təxminən 7-8 yüz min manat vəsait sərf edilmişdir. Hazırda isə MTK rəhbərliyi narazı vətəndaşlara hələ yayda binaların 2016-cı ilin sonunadək təhvil verəcəklərini bildirsələr də işlər sadəcə görüntü xarakteri daşıyır və 2018-ci ilə qədər bu gedişlə binaların təhvil verilməsi baş tutan deyil. MTK rəhbərliyi isə bir neçə fəhləni binada işlətməklə mənzil sahibi olmaq arzusunda olanların gözünə kül üfürməklə məşğuldur. 1-ci binada isə ümumiyyətlə heç bir iş getməmişdir. Sadəcə olaraq binövrəsi yarımçıq qazılaraq nəzərdə tutulan mənzillər bizə olan kimi digərlərinə də satılıb pulları mənimsənilmişdir. İndi həmin binada mənzil almaq istəyənlərə də bizə olduğu kimi yalandan söz verirlər ki, 3-cü və 4-cü binadan onlara mənzil verəcəklər.

Bu günün reallığı bundan ibarətdir ki, bizim 2015-ci ilin martın əvvəlində verdiyimiz 50000 (əlli min) manat nağd pula “VİKTORİYA-313” MTK tikinti işlərini davam etdirmək üçün 70 ton armatur alıb tikintiyə işlətsə də, əvəzində bizimlə 101 kv m sahəsi olan mənzilə dair saxta müqavilə bağlamaqla etimadımızdan süi-istifadə edərək bizi aldatmış, faktiki dələduzluq etmişlər.”Viktoriya-313” MTK-nın hazırkı mənzil fondunda 1 kv .m –də olsa mənzil qalmamış, hamısı satılmışdır.

Yuxarıda qeyd etdiyimiz faktlarala bağlı respublikanın direktiv orqanlarına etdiyimiz şikyətə ikinci dəfə rəsmi cavab bildirən Abşeron Rayon Prokurorluğu qeyd edir ki, məhkəməyə müraciət edin. Abşeron rayon Polis İdarəsində təhqiqatçı Zamiq tərəfindən aparılmış araşdırma zamanı isə “Viktoriya 313”MTK-nın icraçı direktoru Fizuli Əliyev 06 dekabr 2016-cı il tarixli izahatında yalandan söz vermişdir ki, biz qarşı tərəfə verdiyi pulun ( 50000AZN) müqabilində yaşayış mənzili verməyə hazırıq. Təhqiqatçı “Viktoriya 313”MTK rəsmisinin yalan vədinə görə Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul etmişdir. Və çox təəssüflər olsun ki, polis İdarəsinin təhqiqatçısı vəzifə borcunu yerinə yetirərərk hazırda MTK-nın mənzil fondunda 1 kv.m. mənzil sahəsinin reallıqda olub-olmamasını təqdim edilməli olan sənədlər üzrə yoxlamamaış, müqavilə üzrə “Alıcı”lara vəd edilmiş 1-cı binanın tikilib-tikilmədiyini yerində baxış keçirməklə müəyyənləşdirməmiş və tələskənliyə yol verməklə əsassız qərar qəbul etmişdir.

MTK rəhbərliyinin şifahi yalan vədi əsasında cinayət işinin başlanmasının rədd edilməsi qərarından dərhal(bir gün) sonra, 7 dekabr 2016-cı il tarixində “Viktoriya -313”MTK-nın sədri olmuş Əliyev Zabil Bəylər oğlu 2016-cı ilin yanvarın 26-da dünyasını dəyişmiş “Alıcı” olmuş Vahid Məmmədovun adına təcili məktub göndərərək mərhumun müqavilə şərtlərinə əməl etməyərək “Viktoriya 313”MTK-ya 1 manat da olsun ödəniş etmədiyini və belə olan halda müqavilənin qüvvədə qalmasına zərurət qalmadığı xatırlatmışdır. Və müraciətin sonunda mərhum V.Məmmədova bildirişi aldıqdan 5 gün müddətində qeyd edilən müqavilənin ləğv edilməsini Sizə təklif edir və MTK-nın ofisinə gəlməyinizi xahiş edirik” Görün adını MTK sədri qoyan Əliyev Z.B. nə qədər naşı birisidir ki, 11 ay əvvəl rəhmətə getmiş “Alıcı” V.Məmmədovun adına əsassız olaraq müqavilənin ləğv olunması barədə xəbərdarlıq bildirişi göndərir. Digər tərəfdən isə həmin MTK-nın icraçı direktoru F.Əliyev isə öz növbəsində Abşeron RPİ-də verdiyi izahatda mərhum “Alıcı”nın qanuni varisi olan Gülsüm Məmmədovaya dərhal mənzil verməsini öhdəliyinə götürür.

Biz MTK sədrinin sonuncu saxta və əsassız müraciətini analiz edib belə bir nəticəyə gəldik ki, “Viktoriya 313”MTK-nı təmsil edənlər, vaxtıilə təsisçi olmuş və hazırda dələduzluğa görə 11 il müddətinə azadlıqdan məhrum edilmiş Arzuman Əliyevin qohumları yenə də onun yolunu gedərək 2015-ci ilin martın 15-də MTK-nın ofisində şahidlərin yanında yoldaşım Vahid Əliyevdən aldıqları 50000AZN nağd pulu vicdansızcasına danır və açıq-aşkar dələduzluq edirlər. MTK-da təmsil olunan Z.B.Əliyev kimi dəstə hazırda da bizi kimi digər vətəndaşların etimadından süi-istifadə etməklə, onlara mənzil vəd edərək əmlaklarını (pullarını) ələ keçirməklə, qanunsuz əməllərlə məşğul olurlar. Vətəndaşlardan aldıqları külli-miqdarda pulları mənimsəməklə əvəzində normativ qaydalara və standartlara uyğun olmayan, yaşayış üçün təhlükəli sayılan 3-cü və 4-cü binaların inşaası şousunu davam etdirirlər. 1-ci binanın mənzilləri bizə və digər “Alıcı”lara satılsa da hazırda belə bir bina reallıqda mövcud deyildir.

Çoxhörmətli, Cənab Prezident mən Sizdən 3-cü dəfə xahiş edirəm. Rəhmətlik yoldaşım Vahid Məmmədovun əmlakını mənimsəmiş və sonda onun ölümünə səbəbkar olmuş “VİKTORİYA-313” MTK rəhbərliyi barəsində ciddi araşdırılmalar aparılmasına və başımıza gətirilən qanunsuzluqlarla bağlı tədbirlər görülməsinə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildiriəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...