Soçidə Tu-154 təyyarəsinin qəzaya uğraması terror aktıdır? - FTX-nin cavabı

Soçidə Tu-154 təyyarəsinin qəzaya uğraması terror aktıdır? -


Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ötən gün Soçi yaxınlığında baş vermiş təyyarə qəzasının tədqiqi zamanı terror aktı və ya təxribat izlərini aşkar etməyib. Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir. FTX bildirib ki, təyyarənin göyərtəsində qəzaya səbəb ola biləcək hərbi yük və ya təhlükəli maddələr də olmayıb.

Hələlik qəza versiyaları kimi, mühərrikə kənar maddənin daxil olması, keyfiyyətsiz yanacaq, pilot səhvi və təyyarənin nasazlığı nəzərdən keçirilir. Qeyd edək ki, ötən gün Rusiyaya məxsus Tu-154 təyyarəsi qəzaya uğrayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
435 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...