Bəşər Əsədin qətliamlara fətva verən müftisindən sərsəm AÇIQLAMA

Bəşər Əsədin qətliamlara fətva verən müftisindən sərsəm


Suriyada Əsəd rejiminin baş müftisi Əhməd Bədrəddin Hassun Suriya ilə bağlı Rusiya KİV-lərinə müsahibə verib.
Avropa.info xəbər verir ki, Hassun müsahibəsində dünyanın qaynar nöqtələri ilə bərabər Dağlıq Qarabağın da adını çəkib. Diktator Bəşəs Əsədin qətliamlarına haqq qazandırması ilə tanınan Hassun Dağlıq Qarabağda “erməni dövlətinin” qurulmasına tərəfdar olduğunu deyib.


“Elə regionlar vardır ki, onların mübahisəli vəziyyətinə son qoymağın vaxtı çatıb. Məsələn, Dağlıq Qarabağ. Qarabağ üçün başlıca motivasiya erməni xalqının müstəqillik üçün göstərdiyi azadlıq istəyi, regionun tarixi keçmişi və müharibədə qələbədir. Hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağdakı erməni xalqının müstəqillik və azadlıq uğrunda səylərini dəstəkləyirəm. Bir daha qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, erməni xalqının azadlıq istəyidir. Bununla hesablaşmamaq olmaz” deyə ölkəsindəki qətliamları dəstəkləyən Hassun bildirib.

Qeyd edək ki, Suriya müftisi Əhməd Hassun erməniləri dəstəkləyən fikirlərini hələ 2011-ci ildə Suriyanın dini icmaları ilə görüşündə səsləndirmişdi. Xatırladaq ki, Suriya hakimiyyəti Dəməşqin meydanlarından birinə saxta “erməni soyqırımı” adını vermişdi.

Əslində, Hassunun erməniləri dəstəkləməsi yeni hadisə deyil. Suriya rejiminin Qarabağ müharibəsi vaxtı da ermənilərlə eyni səflərdə olması məlumdur. Bundan başqa, hazırda Suriyada xeyli sayda erməni silahlı Əsəd səflərində vuruşur. Hələbdə dinc insanlara qarşı baş vermiş qətliamlar zamanı terrorçu erməni birliklərinin xüsusi fəallıq göstərdiyi də məlumdur. Bundan başqa bir müddət öncə, Ermənistan hökumətinin Bəşər Əsədə və onu dəstəkləyən terrorçu qruplara yardım dolu təyyarə göndərdiyinin görüntüləri üzə çıxmışdı.

Digər tərəfdən Hassunun bu açıqlaması qətiyyən təccübə səbəb olmamalıdır. Axı Hələb qətliamını törədən Bəşər Əsəd rejimi ilə, Xocalı soyqırımını törədən ermənilər arasında nə fərq var? Axı Hassunlarla Sarkisyanları birləşdirən bir “dəyər” var. Hər iki rejim qaniçən, körpə, uşaq demədən hər kəsi öldürmək kimi vicdansızlığa sahibdir…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...