Azərbaycanda 3 sığorta şirkəti ləğv edildi - ÖZƏL

Azərbaycanda 3 sığorta şirkəti ləğv edildi -


“BUTA SIĞORTA”, “BEYNƏLXALQ SIĞORTA ŞİRKƏTİ” VƏ “AZƏRQARANT SIĞORTA” ŞİRKƏTLƏRİNİN LİSENZİYASI LƏĞV EDİLİB

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən “Buta Sığorta”, “Beynəlxalq Sığorta Şirkəti” və “Azərqarant Sığorta” ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyaları sığortaçıların müraciətinə əsasən ləğv edilib. Palatadan GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, sözügedən sığorta şirkətlərinin səhmdarlarının ümumi yığıncağı tərəfindən həmin sığortaçıların könüllü qaydada ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olmuşdur.

Palata, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən “Buta Sığorta” ASC, “Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azərqarant Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...