Tam gömrük təmsilçiliyi artıq Azərbaycanda
Son illər Azərbaycan gömrük xidməti sahəsində baş verən ən böyük yeniliklərdən biri də dünya və Avropa təcrübəsi əsasında yaradılan “My Broker” gömrük təmsilçiliyinin Azərbaycanda tətbiqidir. Dünyanın ən inkişaf etmiş ölkələrində tətbiq edilən bu sistem iş adamlarının və ümumiyyətlə gömrükdən istifadə edən vətəndaşların rahatlığına xidmət etməkdədir. "My Broker"-in ilk dəfə olaraq bu sistemi ölkəmizdə tətbiq etməsi artıq gömrük əməliyyatlarına sərf edilən zamanı və xərcləri minimuma endirir. İnamla deyə bilərik ki, “My Broker” Azərbaycanda gömrük əməliyyatları sahəsində yeni bir başlanğıcın əsasını qoyub. Bu barədə açıqlamanı ATV.az-a “My Broker” şirkətinin rəhbəri Rəşad Əliyev verdi:
“Artıq siz “My Broker”-in köməkliyi ilə gömrük əməliyyatlarını ən qısa zamanda və ən sərifəli şərtlərlə həyata keçirə bilərsiz.
Bizim göstərdiyimiz xidmətlər Azərbaycan gömrük xidməti sahəsində bir ilk olmaqla yanaşı, həm də çox rahatdır. Indi istənilən şəxs bu xidmətin köməkli ilə rahat bir şəkildə, ən qısa zamanda gömrük əməliyyatlarını yerinə yetirə bilər”.
410 dəfə oxundu