Rusiya Fransadakı adamından pullarını geri istəyir

Rusiya Fransadakı adamından pullarını geri istəyir


Rusiyanın Əmanətlərin Siğortalanması Agentliyi 2014-cü ildə Birinci Rusiya-Çexiya Bankının Fransanın Milli Cəbhə Partiyasına verdiyi krediti geri qaytarması üçün məhkəməyə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı RNS agentliyi yayıb. Partiya isə yayılan məlumatları yalan adlandırıb və kreditin 2019-cu ildə bitəcəyini bildirib.

Qeyd edək ki, Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen Fransa banklarının ona təbliğat kampaniyası aparmaq üçün kredit ayırmadıqlarını, buna görə də xarici banklara müraciət etdiyini açıqlayıb.

Le Pen ultrasağçı partiyanın rəhbəridir. O, Fransanın Avropa Birliyindən ayrılması, Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi siyasətinin tərəfdarıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...