Yaşamaq üçün ən bahalı və ucuz ölkələr - SİYAHI

Yaşamaq üçün ən bahalı və ucuz ölkələr -


Beynəlxalq informasiya portalı olan “Numbeo” dünyanın yaşayış üçün ən bahalı və ucuz ölkələrinin siyahısını hazırlayıb. Modern.az portala istinadən xəbər verir ki, 122 ölkənin yer aldığı reytinqdə əsas kriteriyalar – mənzil kirayəsi, xidmətlər və ərzaq qiymətləri, həmçinin ictimai nəqliyyatda gedişhaqları olub.

Yaşamaq üçün ən ucuz ölkə Hindistan (122-ci) seçilib. Bundan başqa, Moldova (121), Pakistan (120), Qazaxıstan (119), Nepal (118), Ukrayna (117), Gürcüstan (116), Əlcəzair (115), Azərbaycan (114) və Kolumbiya (113) dünyanın ən ucuz 10 ölkəsi seçilib.

Keçmiş sovet respublikalarından Ermənistan (101), Rusiya (91), Belarus (88), Özbəkistan (72), Litva (68), Latviya (67) və Estoniya (58) da siyahıda yerləşib.

Yaşayış üçün ən bahalı ölkələrin siyahısında Bermud adaları (1-ci), İsveçrə (2-ci), Baham adaları (3-cü), Norveç (4-cü), İslandiya (5-ci), Danimarka (6-cı), Sinqapur (7-ci), Lüksemburq (8-ci), Küveyt (9-cu) və Honkonq (10-cu) qərarlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...