İstanbulda qar fəlakəti - həyat durdu - VİDEO

İstanbulda qar fəlakəti -


İstanbulda bir qar fəlakəti yaşanır.

Bu barədə müsavat.com-a hazırda Türkiyədə olan Rauf Arifoğlu məlumat verib. Onun və Türkiyə mediasının verdiyi xəbərlərdən belə məlum olur ki, 2017-ci ilin6 yanvar tarixində başlayan qar İstanbul və bir sıra şəhərlərdə həyatı iflic edib. Gəmi səfərləri təxirə salınıb, təyyarə səfərləri gecikir. Hətta İstanbul Bakı arasında nəzərdə tutulan təyyarə reyslərində də gecikmələr və təxirə salınmalar var.

Rauf Arifoğlu musavat.com-a yazır ki, İstanbulun bəzi səmtlərində qar qalınlığı 20-30 santimetrə çatıb: “Bütün bunlara baxmayaraq, ana yolların 80 faizi işləyir. Türkiyə mediası da, qara-qışa baxmayaraq, çox yüksək səviyyədə xidmətini davam etdirir. Bələdiyyələr mümkün olan hər şeyi edirlər ki, vətəndaşlar üçün qar fəlakəti az da olsa, xəfifləsin. İşıq, isitmə və başqa xidmətlərdə axsama yoxdur. Lakin etiraf etmək lazımdır ki, insanın və dövlət institutlarının aciz qaldığı məqamlar olur. Hazırda İstanbul həmin məqamları yaşayır. Azərbaycandan olan dostlarımız Bakıya qayıda bilməyiblər. Çünki təyyarə reysləri ləğv olunub. Mən də sabah uçmalıyam. Böyük ehtimal, belə davam etsə, mənim də reysim təxirə salınacaq ”.
Meteroloqların verdiyi məlumata görə, İstanbulda qar yağışı hələ bir neçə gün davam edəcək.

Musavat.com bu xəbərə bir neçə video və foto materaillar qoyur. Onların arasında Rauf Arifoğlunun da çəkdikləri var, internetdən götürülənlər də.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
406 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...