İstanbulda namaz zamanı insanlar qar altında qalıb, 3 nəfər ölüb

İstanbulda namaz zamanı insanlar qar altında qalıb, 3 nəfər ölüb


İstanbulun Bakırköy rayonunun Ataköy səmtində yerləşən camedə cənazə namazı zamanı bədbəxt hadisə baş verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, cənazə namazı davam edərkən məscidin həyətində yağışdan, günəşdən qorunmaq üçün qurulmuş örtük üzərindəki böyük qar kütləsinin ağırlığına dözməyərək çöküb. Nəticədə onlarla insan qarın altında qalıb və 3 nəfər ölüb. Yaralılar var.

Hadisə yerinə gələn mülki müdafiə qrupları qar altında insanların qalıb-qalmadığını müəyyən etmək üçün iş aparıb, yaralılar xəstəxanaya çatdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
233 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...