Elman Rüstəmov bank rəhbərləri ilə iclas keçirir

Elman Rüstəmov bank rəhbərləri ilə iclas keçirir


Azərbaycanda bütün bankların rəhbərlərinin fövqəladə iclası çağırılıb.

GUNDEMİNFO.AZ yazır ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı ötən gün Mərkəzi Bankın sədri Elman Rüstəmovun imzası ilə banklara məktub daxil olub. Toplantıda müzakirə olunacaq məsələlərlə bağlı hələ ki, ictimaiyyətə məlumat verilmir.

Ancaq iclasda ölkə başçısının Nazirlər Kabinetinin iclasında banklarla bağlı səsləndirdiyi tənqidi fikirlərin, dolların alış qiymətinin aşağı salınması, Dövlət Neft Fondu tərəfindən Mərkəzi Banka ilk dəfə ediləcək transfert və.s kimi aktual məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, toplantı yaxın saatlarda başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...