Türkiyədə məşhur iş adamları həbs edildi - FETÖ-nün maliyyə qaynaqları

Türkiyədə məşhur iş adamları həbs edildi -


Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyatlar zamanı 60 iş adamı həbs olunub. BakİPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə növbəti anti-terror əməliyyatları İstanbulda həyata keçirilib. Əməliyyat zamanı axtarışda olan 110 iş adamı saxlanılıb. Amma onlardan 60 nəfəri haqda həbs qərarı verilib. Həbs edilənlər arasında Boydak şirkətinin sabiq prezidenti Mustafa Boydakın oğlu Bəkir Boydak və qardaşı Mahmud Boydak da var. Həmçinin tanınmış iş adamları Yusuf Ziya Gündüz, Şevket Başev və Nevzat Sərin də həbs olunanlar arasındadır.

Qeyd edək ki, FETÖ-nün maliyyə qaynaqlarının tapılması üçün indiyə kimi Türkiyənin bir çox şəhərlərində xüsusi əməliyyatlar aparılıb. Əməliyyatlarda xeyli sayda iş adamları və siyasətçilər həbs olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...