Tankların dəstəyi ilə hücum: “Abrams” və “Leopard”lar... VİDEO

Tankların dəstəyi ilə hücum: “Abrams” və “Leopard”lar...

Qərb resursları NATO qüvvələrinin tank təlimindən videokadrları yayıb. Kadrlar qış aylarında dünyanın ən güclü tankları arasında ilk sıralarda olan “Abrams” və “Leopard”ın iştirakı ilə keçirilən təlimlərdən bəhs edir. Tanklar əvvəlcə atəş mövqeyinə çıxarılır və şərti hədəflərə zərbələr endirir. Daha sonra piyada hissələri tankların dəstəyi ilə hücuma keçir.

Təlimlər 2014-2016-cı illərdə Norveçdə keçirilib. Amerikanın dəniz piyadaları Norveç ordusunun çevik reaksiya batalyonunun əsgərləri ilə birlikdə bu ölkədə keçirilən “Soyuq cavab” təlimlərində iştirak ediblər.

Təlimlərdə NATO-nun əsas döyüş tankları M1A1 “Abrams” və “Leopard” 2A4NO iştirak ediblər. Norveç tankçıları amerikalı həmkarlarına buz üzərində və aşağı temperaturlarda döyüş əməliyyatının aparılmasını öyrədiblər. Bu tankların taktiki-texniki göstəriciləri demək olar ki, eynidir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...