Atam prezident oldu, biznesdən gedirəm - Trampın qızı

Atam prezident oldu, biznesdən gedirəm -


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka biznesdən müvəqqəti gedəcəyini açıqlayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İvanka Tramp öz Facebook səhifəsində yazıb.

İvanka Tramp qeyd edib ki, Donald Tramp ABŞ prezidenti vəzifəsini icra etməyə başlayandan sonra o, geyim və aksessuar şirkətindən müvəqqəti olaraq ayrılacaq, şirkətin idarəolunmasında iştirak etməyəcək. Qeyd edək ki, Donald Tramp yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...