Zəlzələdə ölənlərin sayı 200 nəfəri keçdi - VİDEO

Zəlzələdə ölənlərin sayı 200 nəfəri keçdi -
Nepal hökuməti ölkədə baş verən güclü zəlzələ nəticəsində 200 nəfərdən çox insanın öldüyünü, 400 nəfərin isə xəsarət aldığını açıqlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Nepal Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Paytaxtda həmçinin XIX əsrə aid olan Darahara qalasının uçduğu deyilir. Qalanın xarabalıqları altında 50 insanın qaldığı, 10 nəfərin isə cəsədinin çıxarıldığı bildirilib.

Məlumatda o da bildirilir ki, paytaxtın xəstəxanasına onlarla yaralı gətirilib. Hazırda yerli əhali küçələrdədir.

Yeraltı təkanların ardından Katmandu şəhərinin hava limanının bağlandığı, mobil rabitənin işində fasilələrin yarandığı bildirilir.

Ümumiyyətlə, Hindistan və Pakistanda da hiss edilən zəlzələ bir neçə evin tamamilə çökməsi ilə nəticələnib. Nyu-Dehli şəhərində binalar təxminən bir dəqiqə ərzində silkələnib. Əhalidən evlərini tərk etmək xahiş olunub. Təkanlar Hindistanın Lakxnau, Caypur, Rançi və başqa şəhərlərində də hiss olunub.

* * * 13:04

Nepalın paytaxtı Katmandu yaxınlığında güclü zəlzəl baş verib.

ANS PRESS-in məlumatına görə, təkanların maqnitudası 7,9 bal gücündə olub. Yerin iki kilometr dərinliyində baş verən təkanlar paytaxt Katmandunun 77 kilometr şimal-qərbində qeydə alınıb.

Dəhşətli zəlzələ ən az 150 nəfərin həyatına son qoyub. Xeyli sayda insan xəsarət alıb, külli miqdarda dağıntılar var.

Qeyd edək ki, ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) zəlzələnin gücünü daha əvvəl 7,5 bal olaraq açıqlamışdı. Daha sonra yayımladığı məlumatda təkanların 7,9 bal olduğunu qeyd edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...