İranın şok hücumu: Türkiyə 12 saat qaranlığa qərq olub

İranın şok hücumu:


Türkiyədə 12 saat elektrik kəsintisinin yaşanmasının səbəbi bəlli olub.

Axar.az xəbər verir ki, Türkiyədəki elektrik kəsintisinin səbəbkarı Səudiyyə Ərəbistanının banklarını, eləcə də İsrailin bir çox dövlət qurumlarına kiber hücum təşkil edən İranın kiber ordusudur.

Əl Ərəbiyə nəşri İranın müxalif qruplarından olan Yaşıl Hərəkata yaxınlığı ilə tanınan və hazırda Fransada yaşayan jurnalist Ruhullah Zaim və İranın kiber ordusu ilə bağlı reportaj hazırlayıb.

Özünün İranın Snoudeni olaraq xatırlanacağını deyən Zaim qeyd edib ki, 2011-ci ildə yaradılan "Haybə Sentə" vasitəsilə ABŞ-ın önəmli banklarına, həmçinin bir sıra önəmli obyektlərinə kiber hücumlar təşkil edilib.

Hətta Zaim bildirib ki, Türkiyədə 12 saatlıq elektrik kəsintisinə məhz "Haybə Sentə" səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...