ATƏT sədri erməniləri məyus etdi

ATƏT sədri erməniləri məyus etdi


Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts Ermənistanın “Mediamax” agentliyinə müsahibə verib. Erməni jurnalistlər Sebastyan Kurtsa danışıq prosesində "DQR"in iştirakı ilə bağlı sual ünvanlayıblar: "Bəlkə, Dağlıq Qarabağa səs hüququ verməyə dəyər?”

ATƏT sədrinin cavabı birmənalı olub: "Danışıqları Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan prezidentləri aparır və bütün əlaqədar tərəflər bu formatda təmsil olunublar".

Onun sözlərinə görə, Minsk qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geri addımlarla yadda qaldı.

Nazir bütün bunlara baxmayaraq, Avstriyanın ATƏT sədri olaraq sülh prosesinin möhkəmləndirilməsi ilə bağlı fəaliyyətini davam etdirəcəyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...