Seçiciləri İmamverdi İsmayılovu axtarırlar- Bizi bir ay gözlədir, sonra...

Seçiciləri İmamverdi İsmayılovu axtarırlar-

Deputat İmamverdi İsmayılovdan şikayət var.

AFN-ə 125 saylı seçki dairəsinin seçiciləri adından məktub daxil olub. Məktub müəllifləri deputatla görüşə bilmədiklərini Qeyd edirlər ki, dəfələrlə deputatları ilə görüşmək istəsələr də, onları qəbul etməyib: “İşsizlikdən, ağır dolanışıqdan əziyyət çəkirik, xəstəmiz olur müalicəsinə, əməliyyatına pul tapammırıq. Deputatımızla görüşüb dərdimizi demək, yardım almaq istəyirik, amma onunla görüş “şərəfi”nə nail ola bilmirik. Dəfələrlə Milli Məclisə getmişik, görüşə gəlmir, hərdən köməkçisini göndərir, o da bizi qəbul otağında oturdub yazılı müraciət etməmizi istəyir. Müraciətlərimizi də müvafiq qurumlara ünvanlayır, bir surətini də bizə göndərirlər. Cavab bir aya gəlib çıxır. Təsəvvür edin, ağır xəstəsi olan adam 1 aya deputatdan cavab alır, onda da dərdinə heç bir dərman yoxdur”.

İ.İsmayılovun məcburi köçkün bölgəsini təmsil etdiyini deyən şikayətçilər özlərini həssas təbəqənin üzvləri hesab etdiklərini deyirlər. Bildirirlər ki, onların məcburi köçkün dairəsini təmsil etmələri belə deputatlarının vecinə deyil: “Həm də məcburi köçkünlərlə bağlı qəbul edilən qərarlar barəsində deputatımızla danışmaq, müzakirə aparmaq istəyirik, amma o bunun üçün bizə şərait yaratmır-nə bizi qəbul etmir, nə də görüşlər keçirmir. Onun axırıncı dəfə seçilərlə nə vaxt kütləvi görüş keçirdiyi məlum deyil”.

Qeyd edək ki, məktub N.Abbasova və digərlərinin adından ünvanlanıb.


AFN xəbər verir ki, İ.İsmayılovun adı daha çox deputat fəaliyyətilə deyil, qalmaqallarla gündəmdə olur. Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir. Mediada yazılanlara inansaq, deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır.

İ.İsmayılovla bağlı söylənənlərdən biri də onun ailəsinə məxsus xüsusi avtomobil seriyasının olmasıdır. Məlumata görə. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur. Bu isə heç şübhəsiz deputatın oğlu - Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektoru, kapitan İlkin İsmayılovun “hünəridir”. Bu, həmin İlkin İsmayılovdur ki, ödən il adı qalmaqallı bir qətl işinə qarışmışdı. Belə ki, Qubada oteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobil də məhz İsmayılovlara məxsus olduğu deyilən 999 seriyası ilə olub. Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə-nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib. Həmin hadisə həmçinin İlkin İsmayılovun nömrə alverilə məşğul olması barədə bir sıra söz-söhbətin yayılmasına səbəb oldu.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...