İlham Əliyevin müşaviri Oğuz və İsmayıllıdakı alban məbədlərini xilas edir

İlham Əliyevin müşaviri Oğuz və İsmayıllıdakı alban məbədlərini xilas edir
İlham Əliyevin müşaviri Oğuz və İsmayıllıdakı alban məbədlərini xilas edir

Azərbaycan hökuməti ölkə ərazisində yerləşən alban məbədlərinin bərpa olunması ilə yaxından məşğuldur. Bu barədə virtualaz.org saytına Multikultralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib. Xatırladaq ki, Oğuz və İsmayıllı rayonlarında dağımaqda olan alban məbədlərinin vəziyyəti ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olub.

Onu da qeyd edək ki, dövlət strukturlarından bu problemlə bağlı yazdıqlarımıza dərhal reaksiya verilib. “Mədəniyyət və Turizm Nazirliyi nəzdində Mədəni İrslərin Qorunub Saxlanması Dövlət Xidmətinin ekspertləri alban kilsələrinə baş çəkərək vəziyyətlə daha yaxından tanış olublar. Onların verdikləri rəy və təkliflər əsasında məbədlərin təmir olunmasına dair qərar qəbul olunacaq”, – deyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...