Bakıda dini ekstremistə qarşı keçirilən əməliyyatın təfərrüatı

Bakıda dini ekstremistə qarşı keçirilən əməliyyatın təfərrüatı


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində dini ekstremist məhv edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, xüsusi əməliyyat zamanı Ocaqov Ceyhun İslam oğlu silahlı müqavimət göstərib və məhv edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbə Trend-ə bildirib ki, əməliyyat Bakının Yasamal rayonu, Şərifzadə küçəsində, "Kaktus" restoranının yaxınlığında aparılıb.

Dəfələrlə təslim olması təklif edilsə də, C.Ocaqov silahlı müqavimət göstərərək "Makarov" markalı tapançadan atəş açıb. Cavab atəşi zamanı ekstremist məhv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
409 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...