Nazirliyin şöbə müdiri işə gedə bilmədi - Taksilər imtina etdi

Nazirliyin şöbə müdiri işə gedə bilmədi -


Bu gün saat 07:30-dan işə gəlməyə cəhd etdim, bütün taksi xidmətləri Xırdalana gəlməkdən birmənalı şəkildə imtina etdilər.

Milli.Az xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Şöbə müdiri bunun səbəbini yağan qardan sonra yollarda yaranmış vəziyyətlə izah edib: "Avtomobillə yola cıxa bilmədim. Yəqin, bilirsiz, Bakı-Sumqayıt şossesində səhər tezdən n sayda qəza baş verib. Bütün maşınlar sürüşüb bir-birinə dəyir. Sabah nə edəcəyik?"

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında artıq 5 gündür ki, qar yağır. Hava şəraiti ilə əlaqədar bir sıra yollarda nəqliyyatın hərəkəti çətinləşib.


Nazirliyin şöbə müdiri işə gedə bilmədi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...