DİN-in mətbuat xidmətinə yeni rəis təyin olundu

DİN-in mətbuat xidmətinə yeni rəis təyin olundu

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb. Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib. DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər. Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
334 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...