`Formula 1`-in rəhbəri ilə yaxşı əlaqələrimiz var - Azad Rəhimov

`Formula 1`-in rəhbəri ilə yaxşı əlaqələrimiz var -


"Formula 1" rəhbərliyindəki dəyişikliyin Azərbaycan Qran Prisinə heç bir təsiri olmayacaq.

Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazirin sözlərinə görə, Berni Ekklstounun Çeyz Keri ilə əvəzlənməsi Azərbaycan Qran Prisinə təsir etməyəcək: "Əvvəllər necə olubsa, yeni rəhbər şəxslərlə də o qaydada işləyəcəyik. Onlarla çox yaxşı əlaqlərimiz var".

A.Rəhimov vurğulayıb ki, "Formula 1"-in hazırkı səviyyəyə çatmasında Ekklstounun müstəsna rolu var: "Ancaq o, hissələrin böyük qismini başqa bir şirkətə satıb. Özünə isə 0,5 faiz saxlayıb. Hazırkı səhmdarlar isə onunla əməkdaşlıq etdirməməyi üstünlük verdilər".

Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 23 - 25 iyunda keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...