Vasif Talıbov qəbirüstü tikililəri sökdürür - SENSASİON QƏRAR/ FOTO, VİDEO

Vasif Talıbov qəbirüstü tikililəri sökdürür -


Naxçıvanda dəbdəbəli qəbirüstü abidələrin, tikililərin sökülməsinə başlanılıb.

BakiPost.az xəbər verir ki, iş icraçıları bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun əmr imzaladığını bildirir. Onların sözlərinə görə, həmin əmr Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi tərəfindən hazırlanan "Qəbiristanlıqlar haqqında” qanun layihəsi əsasında verilib. Məlum olduğu kimi, qeyd olunan qanun layihəsində qəbir daşlarının standart ölçülərdə olması, qəbirüstü sərdabələrin tikilməsinə qadağa qoyulması nəzərdə tutulub.

Məlumata görə, qəbirlərin üstündəki əlavə tiklilər, eləcə də, qəbrin ətrafını bağlayan dəmirdən və ya daşdan olan hasarlar tamamilə sökülür, səliqə-sahman yaradılır. Bununla əlaqədar olaraq, ilk olaraq qəbir yiyələrinə məlumat göndərilir, söküntünün onların özləri tərəfindən aparılması istənilir ki, istifadə olunan materialları götürə bilsinlər.

Bildirilir ki, bu işlər hələlik Naxçıvan və Kəngərli şəhərlərində aparılır.

Naxçıvanlılar qəbiristanlıqlarda dəbdəbənin yığışdırılmasıyla bağlı qanun layihəsinin çox yerində olduğunu, lakin yeni qaydaların bundan sonra üçün tətbiqinin məqsədəuyğun olduğunu hesab edir: "Bu, çox yaxşı qanundur. Lakin bundan sonraya tətbiq edilməlidir. Bu vaxta kimi heç bir qadağa yox idi, insanlar da öz ölülərinə hörmət əlaməti olaraq dəbdəbəli qəbirlər düzəldirdi. Qanunda deyilmir ki, gedin tikililəri sökün. Deyilir ki, tikilməsinə icazə verilməsin”.

Məsələ ilə bağlı rəsmi məlumat almağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.

Fotolar Kəngərli rayon Qarabağlar kəndində şəkilib:


Vasif Talıbov qəbirüstü tikililəri sökdürür -
Vasif Talıbov qəbirüstü tikililəri sökdürür -
Vasif Talıbov qəbirüstü tikililəri sökdürür -





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...