2 yaşlı uşağı öldürən qadını yandırdılar - FOTO/VİDEO (18+)

2 yaşlı uşağı öldürən qadını yandırdılar -


30 yaşlı qadın 2 yaşlı oğlanı öldürməkdə şübhəli bilinərək tutulmuşdu. Qəzəblənmiş sakinlər qadının saxlandığı polis idarəsinə hücum çəkərək onu çölə çıxarıblar.

Daha sonra isə qadını onun od vurulmuş avtomobilinə atıblar. Milli.Az O Globo-ya istinadən bildirir ki, həddən artıq ağır yanıq xəsarətləri almış qadını təcili yardım xəstəxanaya aparıb. Bu linç zamanı 5 yaşlı Marlon Buzanqo Kampuş adlı oğlan da yanıq xəsarətləri alıb. Olay Braziliyanın Amazonas ştatındakı Novo Aripuana şəhərində, Borba bələdiyyəsində yaşanıb.
Polisdən verilən məlumata görə, qadın 7 nəfərin olduğu binaya od vurmaqda şübhəli bilinir. Həmin yanğında 2 yaşlı oğlan həlak olmuşdu.

Polis idarəsinə hücum çəkmiş 500 yerli sakini isə hadisə yerinə çağırılmış xüsusi təyinatlı polislər və hərbçilər güclə sakitləşdiriblər.

2 yaşlı uşağı öldürən qadını yandırdılar -
2 yaşlı uşağı öldürən qadını yandırdılar -
2 yaşlı uşağı öldürən qadını yandırdılar -
2 yaşlı uşağı öldürən qadını yandırdılar -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...