Vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 472,6 milyon manat

Vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 472,6 milyon manat


Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 472,6 milyon manata çatıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bankın hesabatında bildirilir ki, problemli kreditlərin 790,2 milyon manatı xarici valyutada olan kreditlərdir.

2016-cı il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 442,3 milyon manat idi. Ay ərzində 30,3 milyon manat artım qeydə alınıb.

Ötən il problemli kreditlərin həcmi belə dəyişib:

Yanvar – 1 milyard 314,6 milyon manat

Fevral – 1 milyard 329,5 milyon manat

Mart – 1 milyard 326,5 milyon manat

Aprel – 1 milyard 381,3 milyon manat

May – 1 milyard 514,2 milyon manat

İyun – 1 milyard 539,8 milyon manat

İyul – 1 milyard 504,4 milyon manat

Avqust – 1 milyard 592,9 milyon manat

Sentyabr – 1 milyard 597,3 milyon manat

Oktyabr – 1 milyard 375,6 milyon manat

Noyabr – 1 milyard 442,3 milyon manat

Dekabr – 1 milyard 472,6 milyon manat.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
419 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...