Kim Çen Inın qardaşını bu qadın öldürüb – FOTO

Kim Çen Inın qardaşını bu qadın öldürüb –


Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı Malayziyada öldürməkdə şübhəli bilinən qadının fotosu yayılıb. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun fotosu təhlükəsizlik kamerası tərəfindən görüntülənib. Məlumata əsasən foto gənc qadın qətli törətdikdən sonra hava limanında taksi gözləyərkən çəkilib. “Reuters” yazır ki, qətli törətməkdə şübhəli bilinən Myanma vətəndaşı saxlanılıb. Qadının adı açıqlanmayıb. Qeyd edək ki, ötən gün Şimali Koreya lideri Kim Çen Inın qardaşı Malayziyada qətlə yetirilib. Şimali Koreya liderinin qardaşı Kim Çon Nam Kuala –Lumpur hava limanında Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən zəhərlənib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...