Sabiq rabitə naziri: “Bu, labüd idi”

Sabiq rabitə naziri: “Bu, labüd idi”


İki gün bundan əvvəl prezident ilham Əliyevin sərəncamı ilə Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ləğv edilib. Yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Ramin Quluzadə nazir təyin edilib.

Keçmiş rabitə naziri olmuş Siruz Abbasbəyli Modern.az-a açıqlamasında yeni yaradılan nazirlik barədə danışıb. O, bildirib ki, prezidentin sərəncamını müzakirə etməzlər.
“Hər halda, prezidentin bununla bağlı nəsə fikirləri var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması labüd idi. Bu, çoxdan lazım idi”.

Sabiq nazir iki fərqli nazirliklərin birləşdirilməsinə də aydınlıq gətirib.

“Əslində, 1918-ci ildə ilk Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yollar, Poçt və Teleqraf Agentliyi Nazirliyi yaradılmışdı. Hətta, bir çox dövlətlərdə bu iki nazirlik bir olub”.

Yeni yaradılan nazirliyin nəqliyyat və rabitə sahəsində yeniliklərə yol açmasına gəlincə, “bu, nazirliyin rəhbərliyinin gələcək iş planlarından asılıdır” deyə Siruz Abbasbəyli bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...