İdmançının təhqir etdiyi jurnalistlə məhkəməsi olacaq - QALMAQAL

İdmançının təhqir etdiyi jurnalistlə məhkəməsi olacaq -


İdmançı Kamil Zeynallı ilə qalmaqal yaşayan jurnalist Əfruzə Ağayevanın məhkəmə tarixi bəlli olub.

Bu haqda musavat.com saytına açıqlamasında jurnalist məlumat verib.

O, bildirib ki, məhkəmə prosesi martın 6-da baş tutacaq: “Mart ayının 6-da hakim Namidar Misirzadənin sədrliyi ilə ilkin məhkəmə prosesi baş tutacaq. Vəkilim Vüqar Səfərli işlə ciddi şəkildə məşğul olur. Mən K.Zeynallını təhqir etməmişəm. Jurnalist peşəmi yerinə yetirmişəm. Onun təhqir etdiyi aparıcı Şəbnəm Hüseynovadan açıqlama almışam. Burada nə qəbahət var? Bunu qarşılığında isə o, mənim fotomu sosial şəbəkədə paylaşıb və mənim rəhmətə getmiş valideynlərimi təhqir edib. Kamilin kiminsə anasını, bacısını söyməyə haqqı yoxdur. Məni təhqir edibsə, üzr istəməlidir. Bir xanım olaraq mənəvi zərbə almışam. Mən haqq-ədalətin öz yerini tapacağına inanıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...