Medvedyevə təhdid: “Cavab verəcəksən”

Medvedyevə təhdid: “Cavab verəcəksən”


Rusiya-Belarus münasibətlərinin əsasında mühasibatlıq dayanmamalıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.

“Dostum Medvedyevin bəyanatı məni hər şeydən çox təəccübləndirdi. Bizi artıq qazı Avropa qiymətləri ilə satacaqlarıyla hədələyirlər. Yəni 150 dollar yox, 200 dollar ödəyəcəksiniz. Medvedyev bilməlidir ki, əgər biz Avropadakı kimi ödəniş etsək, o zaman o, nəyəsə görə cavab verəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya Baş naziri Dmitri Medvedyev dünən Belarusu təhdid edib. O, bəzi ölkələrin Avrasiya İttifaqını tərk etmək istədiyini və belə davranacaqları halda qazı Avropa qiymətləri ilə alacaqlarını bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...