“Qiymətlər insanları narahat edəcək dərəcədə qalxmayıb”

“Qiymətlər insanları narahat edəcək dərəcədə qalxmayıb”
“Bu yaxınlarda Novruz bayramı qabağı bazardakı qiymətləri nəzarətdə saxlamaq üçün bir necə marketdə oldum. Qiymət yanaşmaları müxtəlifidir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahifə etdim. Bunu öz gözlərimlə gördüm. Ticarətçilər bayramqabağı müştərilərinnin çoxaldığını görürlər və bundan istifadə edirlər”.

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədovqeyd edib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayramqabağı qiymətlər qalxır, amma bu, belə olmamalıdır:

"Ticarətçilər bayramqabağı müştərilərinnin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır".

O bildirib ki, Azərbaycanda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil:

“Hökumət olaraq, vəzifə borcumuz bazardakı qiymətlərin qalxmasına imkan verməməkdir. Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, bayramqabağı bazarlara yenə də baş çəkərəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...