Hacıqabulda sahibkara qarşı özbaşınalıq- ŞİKAYƏT+FOTOLAR

Hacıqabulda sahibkara qarşı özbaşınalıq-


Şirvan şəhəri S.Zeynalov küç.ev 18, m 1-də yaşayan İbrahimova Ülviyyə Əsəd qızı dözülməz vəziyyətlə qarşılaşıb.

O, AFN vasitəsi ilə problemini Daxili İşlər naziri Ramil Usubovun diqqətinə çatdırıb. Ü.Əsədova bildirib ki, ailə başçısı xərçəng xəstəliyindən 38 yaşında dünyasını dəyişib: “Mən də, yoldaşım da əslən Hacıqabuldanıq. Yoldaşım Şirvanda “UBR”-də sürücü işlədiyindən ona qeyd etdiyim ünvanda birotaqlı mənzil vermişdilər. 2 övladıma dövlət təqaüd kəsib. Övladımın biri anadangəlmə xəstədir. Bundan başqa, yoldaşım 1997-ci ildə Hacıqabul rayonunda yerləşən bazarın ərazisində çayxana almışdı. O rəhmətə gedəndən sonra həmin çayxananı Hacıqabul sakini işlədir. Ayda qazandığı puldan mənə də verir, balalarımla dolanırıq”.

Ü.Əsədova qeyd edib ki, Hacıqabul sakini olan Cəbrayılova Ofeliya və bacısı Sevinc Cəbrayılova ona maneçilik törədirlər. Onun sözlərinə görə, adıçəkilən şəxslər çayxananın qabağına 3 böyük vanna qoyub balıq satırlar: “Hələ bu azmış kimi 3 həftə olar ki, gətirib çayxanamızın qarşısına ağacları kəsib, gülləri çıxardıb butka qoyublar.

Bir həftə olar ki, çayxananın qarşısına stollar yığıb səyyari dönər satır. Dəfələrlə küçənin ortasında üstümə hücum çəkiblər döyüb-söyüblər. Özümü, cavan dünyasını dəyişən yoldaşımı söyürlər. Hacıqabul Polis şöbəsinə dəfələrlə şikayət etmişəm. Ofeliya Cəbrayılova gəlib polislərə deyib ki, hünəriniz varsa bunun ərizəsini alın. Polislər açıqca Ofeliyadan Sevincdən çəkinirlər. Bu bacılar şəhid olan qardaşlarının adından istifadə edib polisə, icra hakimiyyətinə “meydan oxuyur”lar. Dərdimi kimə deyim, bilmirəm.

Mən ölkəmizin prezidenti cənab İlham Əliyevin yeni təyin etdiyi 1-ci vitse prezident Mehriban xanım Əliyevaya, daxili işlər nazirimiz Ramil Usubova müraciət edirəm. Yetimdar, ailə başçısını itirən qadını, 2 yetimi giriftar qoyan Ofeliya və Sevinc Cəbrayılova bacıları barəsində ölçü götürülməsini xahiş edirəm. Mən ailəmizin mülkü olan obyektimizə bunların əlindən gedə bilmirəm. Hər an məni öldürə bilərlər”.


Hacıqabulda sahibkara qarşı özbaşınalıq-
Hacıqabulda sahibkara qarşı özbaşınalıq-
Hacıqabulda sahibkara qarşı özbaşınalıq-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...