Ukraynada böyük yanğın - 20 min sakin təxliyə olunub

Ukraynada böyük yanğın -
Ukraynanın Xarkov bölgəsində yerləşən hərbi anbarda böyük yanğın baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, silah anbarındakı yanğına görə yaxınlıqda yerləşən yaşayış məntəqələrindən 20 min nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin yanan anbardan 40 km radiusda uçuşlar qadağan edilib. Şəhərdən yüzlərlə maşın çıxdığı üçün tıxac yaranıb. Ölən və yaralananlar barədə hər hansı məlumat yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...