Leninlə Nərimanovun kəllələri əkin sahələrinə atılıb - FOTO

Leninlə Nərimanovun kəllələri əkin sahələrinə atılıb -


Azərbaycanın İmişli rayonu ərazisində proletariatın dahi rəhbəri, keçmiş Sovet İttifaqı kimi ilk sosialist dövlətin əsasını qoymuş Vladimir İliç Leninin və onun silahdaşı olmuş Azərbaycanın ictimai-siyasi, dövlət xadimi Nəriman Nərimanovun atılmış abidələri tapılıb.

Modern.az saytı xəbər verir ki, İmişli rayonunun Bəcrəvan kəndi ərazisindəki çöllüyə atılmış həmin abidələr təsadüfən ova çıxmış rayon sakini Saleh Qafarlının rastına çıxıb. O, Leninin və Nərimanovun atılmış abidələrinin görüntüsünü mobil telefonunun yaddaşına köçürüb
Şəkildən göründüyü kimi, Lenin büstündən dahi rəhbərin “başı” qoparılıb.

Büstlərin haradan götürüldüyü və kimlərin gətirib onları çöllüyə atdığı barədə məlumat verilmir...

Leninlə Nərimanovun kəllələri əkin sahələrinə atılıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
386 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...