Futbolun vaxtı dəyişdi – 23.45-də yox, 22.45-də...

 Futbolun vaxtı dəyişdi –


Bu gün səhərdən etibarən Azərbaycanla Avropa arasında saat fərqi yenidən 2-yə enib.

Qol.az-ın xəbərinə görə, ötən ildən Azərbaycanda yay və qış vaxtına keçid ləğv olunduğundan bugündən əqrəb 1 saat irəli çəkilməyib.

Bu səbəbdən martın 26-sı səhərdən başlayaraq, oktyabrın sonuncu bazar gününə qədər Avropa ölkələri ilə Azərbaycan arasında 2 saatlıq fərq olacaq. Bu isə o deməkdir ki, mühüm futbol oyunlarının başlama saatı da dəyişəcək.

Məsələn, UEFA Çempionlar Liqasının matçları mart-oktyabr aylarında Bakı vaxtı ilə əvvəlkitək saat 23.45-də deyil, 22.45-də, Avropa Liqasının görüşləri saat 22.00 və 00.05-də yox, 21.00 və 23.05-də başlanacaq.

Azərbaycanda yay və qış vaxtına keçid ləğv edildiyindən DÇ-2018-in bugünkü bəzi oyunları da 23.45-də deyil, Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...