Yeganə sərhədçi qadın pilotumuzun ölümündəki müəmmalar - VİDEO

Yeganə sərhədçi qadın pilotumuzun ölümündəki müəmmalar -


Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu, Dilarə Babayeva... Öz sahəsində gördüyü işlər onu qəhrəman kimi tanıtmağa əsas verir. Bu barədə özü ilə danışmağı çox istərdik, amma vaxtsız ölümü buna imkan vermir. Keçən ilin avqustunda pilotumuz bətnində daşıdığı körpəsi ilə birlikdə həyatla vidalaşdı.

Ailəsi ilə söhbət etmək üçün yaşadığı evə baş çəkdik. Kapitan rütbəli pilotumuz 1986-cı ildə doğulub. Babası da hərbçi olub Dilarənin. Uşaq yaşlarından onun da hərb sənətinə böyük marağı olub. Bu arzusunu 2012-ci ildə reallaşdırıb. Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Həmin məktəbi bitirdikdən sonra Aviasiya Akademiyasında hərbi pilot kimi 1 illik idarəetmə kursu keçib. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində çalışıb, daha sonra isə Dövlət Sərhəd Xidmətində pilot kimi fəaliyyətə başlayıb. Ölümündən 8 ay keçməsinə baxmayaraq ailəsi hələ də onun yoxluğu ilə barışa bilmir. Dilarənin anası Səmayə xanımın xahişi ilə mərhum pilotumuzun otağına keçirik.

"Bura girəndə o dəqiqə yatağına baxıram. Elə bilirəm uzanıb məni gözləyir. Biz ona ölümü yaraşdırmırıq. Ona o qədər vərdiş eləmişəm... Səhər 6-da dururdu. "Pioner" mağazasının yanından uşaqlarla birlikdə gedirdilər. İndi iş yoldaşları onun oturacağında heç kəsi oturmağa qoymur. Ora hər gün gül qoyurlar. Aparırdım, qaranlıq olanda maşına mindirirdim, gəlirdim. Axşam blokdan baxırdım ki, görək, gəlir? İndi də hərdən çaşıram, yenə baxıram".

Dilarə çox qayğıkeş olub. Səmayə xanım Uzun müddət xəstə yatdığını bu müddətdə ona qızının baxdığını deyir. İndi o hər gün övladını yuxusunda görür.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
388 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...