Nazir adı MTN işində hallanan rəisə yüksək vəzifə verdi

Nazir adı MTN işində hallanan rəisə yüksək vəzifə verdi
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikləri baş tutub.
GUNDEMİNFO.AZ Bizimyol.info-ya istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Sabunçu Telefon Qovşağının rəisi Nəriman Salmanov tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər Telefon Qovşağının rəisi təyin edilib.

Bundan başqa nazirin digər əmri ilə Qaradağ rayon Telefon qovşağının rəisi Əli Həsənov vəzifəsindən azad edilərək Sabunçu Telefon Qovşağının rəisi təyin edilib. Qaradağ rayon Telefon qovşağının rəisi vəzifəsinin icrası isə idarənin şöbə müdiri Vəli Məmmədova həvalə edilib.

Qeyd edək ki, Sumqayıt şəhər Telefon Qovşağının rəisi təyin edilən Nəriman Salmanovun adı məlum MTN işində hallanırdı.O bununla bağlı bir neçə dəfə məhkəmədə şahid qismində ifadə verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...