At və eşşək ətindən yarana biləcək - QORXUNC xəstəliklər

At və eşşək ətindən yarana biləcək -


Son günlər sosial şəbəkələrdə və mediada ən çox müzakirə olunan mövzulardan biri ölkəmizdə eşşək və at ətinin satılmasıdır. Belə ki, yoxa çıxan 5 mindən çox eşşəyin və necə vaxtdır işbazların kəsib satdıqları at ətlərinin dönərxanalar və ya kolbasa-sosislərin istehsalında istifadə edildiyi iddia edilir. İstifadəyə yararsız olan belə ətlərin paytaxtda insanlara satıldığı da bildirilir.

Bəs eşşək və at ətinin insan orqanizminə nə kimi ziyanları var?

BakiPost.az-a açıqlama verən həkim, professor, tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, eşşək və at ətinin istifadəsi daha çox zooparklar üçün nəzərdə tutulub: "Biz əhali olaraq mal və qoyun əti səviyyəsində fərqlənən ətləri qəbul etmirik. At və ya eşşək ətləri bizim ölkədə yeyilmir. Amma ola bilsin ki, başqa ölkələrdə yeyilsin. Bunların da istifadəsi qeyri-qanunidir. Onların istifadəsinə icazə verilmir.

At və eşşək ətləri daha çox zooparklar üçün istifadə olunur. Yəni bu ətlər insanlar üçün nəzərdə tutulmayıb. Əgər belə fakt varsa, bununla bağlı çox ciddi ölçü götürülməlidir. Bu, ciddi qanun pozuntusudur.

Ayrı-ayrı yerlərdə bu cür ətlərin tədarükü əslində cinayət məsuliyyətli işdir. Kolbasaların, dönərlərin və yaxud da digər ət məhsullarının hazırlanmasında ola bilsin ki, onlardan istifadə olunur. Amma bu, qəti şəkildə yolverilməzdir”.

Adil Qeybulla qeyd edib ki, həmin ətlər insan orqanizmində bir çox xəstəliklərə yol açır: "Məsələn, zooloji infeksiyaların olması mümkündür. Həmçinin həmin heyvanların ətləri qara yara, vərəm kimi xəstəliklərin daşıyıcıları ola bilər. Ətlər baytarlıq xidmətindən keçmədən satılır. Çünki həmin ətlərin tədarükü gizli həyata keçirilir. Ona görə də hansısa xəstəliyin olma şansı da var. Yoluxduqdan sonra da həmin xəstələyin insanlara keçmə şansı var. Buna görə də ehtiyatlı olmaq lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...