Türkiyə şirkəti deputat Xanhüseyn Kazımlıın oğlunu məhkəməyə verdi

Türkiyə şirkəti deputat Xanhüseyn Kazımlıın oğlunu məhkəməyə verdi


Türkiyənin Azərbaycanda fəaliyyət göstərən “Öz-AK” Tarım Gıda və Turizm Sənayesi və Ticarət Anonim Şirkəti Azərbaycanın millət vəkili Xanhüseyn Kazımlının oğlu Samir Kazımlıya qarşı məhkəmə iddiası qaldırıb.

Gundeminfo.az yazır ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, eyni tələblə S.Kazımlı da şirkətə qarşı iddia irəli sürüb. Hər iki tərəf dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Yasamal rayon məhkəməsində baxılan şikayət üzrə verilən qərarla iddia təmin tədbiri təmin edilib. Lakin bu qərar tərəflərin heç birini razı salmayıb. Onlar apellyasiya şikayəti veriblər.

İş icraata qəbul edilib və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun sədrliyi ilə aprelin 5-də davam etdiriləcək.

Deputat X.Kazımlı məlumatı təsdiqləyib: “Bu barədə Samirlə danışın. Mənim ətraflı məlumatım yoxdu”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
323 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...