Bakıda qaranquşlar niyə gözə dəymir...

Bakıda qaranquşlar niyə gözə dəymir...


Qaranquşlar yaz fəslinin gəlişini xəbər verən ilk müjdəçilərdən biridir. Onlar yazda gəlib, payızda isti ölkələrə uçub gedirlər. Amma bu il nədənsə hələ də qaranquşlara rast gəlinmir. Bu hansı səbəblərlə əlaqədardır?

Məsələ ilə bağlı Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov Modern.az-a açıqlama verib.
Elçin Sultanov bildirib ki, qaranquşlar ölkəmizə biraz tez və ya gec gələ bilər. “Yəqin ki, atrıq gəliblər də. Bakı biraz soyuq olduğu üçün bura gec gəlirlər. Amma rayonlarda, xüsusən də aran bölgələrində artıq olmalıdırlar”.

Cəmiyyət sədri qeyd edib ki, qaranquşların ölkəmizə gec gəlməsinin səbəbi hava şəraiti ilə əlaqədardır. “Hava şəraiti ilə əlaqədar bütün təbii proseslər bir az gec və ya tez olur. Bu da normal bir şeydir. Adətən qaranquşlar martın 20-25-də ölkəmizə gəlirlər. Yəqin ki artıq gəliblər. Amma Bakıda görünmürlər”. Elçin Sultanov həmçinin bildirib ki, heç kim deyə bilməz ki, əvvəlki illərlə müqayisədə qaranquşların sayında azalma müşahidə olunur.

“ Bunun üçün qaranquşların rəsmi sayını aparmaq lazımdır. Azərbaycanda da bu aparılmır. Ona görə də heç kim deyə bilməz ki, Azərbaycana gələn qaranquşların sayı azalıb və ya çoxalıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...