Bakıda rektorun qarajını sökdülər

Bakıda rektorun qarajını sökdülər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ona məxsus qarajın sökülməsinə görə kompensasiyanın ödənilməməsi ilə bağlı məhkəməyə müraciət edib.

Nail Bayramov adlı şəxslə birgə Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıran rektor Maliyyə Nazirliyini də prosesə üçüncü şəxs qismində cəlb edib.

İddiaçılar icra hakimiyyətindən sökdükləri qarajın pulunu tələb ediblər. Bu il fevralın 3-də 1 saylı Bakı İnzibati İqtisad
Məhkəməsində iş üzrə qərar çıxarılıb və M.Babanlının iddiası rədd edilib. Universitet rektoru qərardan apellyasiya şikayəti verib və iş icraata götürülüb. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın sədrliyi ilə bu gün (4 aprel 2017) davam etdiriləcək. (qafqazinfo)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...