Böyük Britaniya hökuməti Rusya ilə əlaqələri gizlicə yaxşılaşdırmaq niyyətindədir - TƏHLİL

Böyük Britaniya hökuməti Rusya ilə əlaqələri gizlicə yaxşılaşdırmaq niyyətindədir -


Musavat.com independent.co.uk saytına istinadən yazır ki, Britaniya hökuməti Moskva ilə zədələnmiş münasibətlərini düzəltmək fikrindədir. Britaniya hökumətinin belə bir hərəkətə keçməsini Trampın hakimiyyətə gəlməsi və Putinlə əlaqələr yaratmaq niyyətində olması ilə bağlayırlar.

Londonun Kremllə əlaqələri istiləşdirmək istəyi mart ayının əvvəllərindən göründü. Boris Conson son 5 il ərzində ilk xarici işlər naziri olacaq ki, Rusyaya səfər edəcək. Səfərin əsas gündəmi Suriya, Ukrayna və Liviyadakı terrorizm olacaq.

Bir sıra Qərbi Avropa hökumətləri Britaniyanın Rusyaya qarşı siyasətindən narahatdır və onlar iddia edirlər ki, bu Moskva ilə müəyyən məsələlər üzrə dialoq qurmaq şanslarını azaldır. Bu fikirdə olan rəsmilər Britaniya hökumətinin yeni təşşəbbüsü haqqında danışıblar.

Qərbi Avropa baş diplomatlarından biri deyib ki, rəsmi London Rusya ilə əlaqələri Tramp administrasiyasının kursu istiqamətində yenidən gözdən keçirməlidir. “Biz Britaniyanın vəziyyətini doqmatizimdən praqmatizmə keçid kimi xarakterizə edirik”.

“Rusyanın Orta Şərqdə və Şimali Afrikada artan nüfuzunu nəzərə almaq vacibdir. Bu o demək deyil ki, biz Rusyanın Krımı ilhaq etməsinə münasibətimizdən geri addım adırıq. Bununla belə, nəzərə almalıyıq ki, biz Moskva ilə dialoq qurmalıyıq” – diplomat bildirib.

Digər Qərb diplomatı da məsələyə münasibətdə şərh verərək deyib ki, onları narahat edən məsələ olduqda Britanya hökumətinin buna qarşı çıxmasını gözləyiblər. “Lakin BB həmçinin bilməlidir ki, əgər amerikalılar edirsə, BB də Rusya ilə əlaqələr yaxşılaşdırmalıdır. Bu Breksitdən sonra daha da vacibdir”- diplomat bildirib.

“Rusya ilə dialoq qurmağa ehtiyac var. Londonda və Peterburqda baş verən terror aktları buna xüsusilə zəmin yaradır. Çünki bu ümumi təhlükədir. Suriya və Liviya kimi məsələləri müzakirə etmədən terrorizmi müzakirə edə bilməzsən” – diplomat deyib.

Diplomatlar Britaniyanın Liviya məsələsinə görə də Rusya ilə münasibətləri düzəltməsini gözləyir. “Bu məsələ xüsusən də qanunsuz miqrantların bu ölkə vasitəsilə Aralıq dənizini keçib Avropanın cənubuna keçmələri baxımından önəmlidir, - deyə onlar narahatlıqlarını bildirir.

Nikola Sarkozi və Devid Kameronun hakimiyyəti zamanında Fransa və Böyük Britaniya Qəzzafinin devrilməsinə gətirib çıxaran siyasətindən sonra Liviyanı xaosa və dolayısı ilə Avropanın cənubunda yerlşən ölkələri çətin duruma saldığı üçün London və Paris həll yolunun tapılmasında əhəmiyyətli rol oynamalıdır (“Independent”).

Rusya belə bir vəziyətdə Liviyada geniş rol oynamaqdadır. Kreml Tripolidə BMT-nin arxa durduğu hökumətə müxalifətdə olan general Xəlifə Həftara dayaq durur. Son xəbərlərə görə, Moskva Liviya sərhədinə yaxın Misirdə yerləşən hərbi bazasına xüsusi qüvvələr göndərib.

BB-nin müdafiə naziri Maykl Fallon Rusyaya xəbərdarlıq edərək deyib ki, Putin Qərbi test etməkdədir. “O, alyansı test edir. Harada zəiflik görürsə, oranı evi sayır”- Fallon bildirib. Buna qarşılıq olaraq Rusya müdafiə naziri Serqey Şoyqu deyib: “Britaniyanın gerbində şir simvolu var, elə deyilmi? Onların zooparkında elə bir heyvan yoxdur ki, ayını dişləyə bilsin”.
Lakin müdafiə nazirinin mənsub olduğu partiya üzvləri onunla Liviya barəsində eyni fikirdə deyil. Mühafizəkarlar partiyasının bir sıra üzvləri bu il mart ayında general Həftarla Benqazidə görüşüb. Bu, Britaniyanın Tunisdə yerləşən Liviya səfiri Peter Millerin generalla görüşməsindən sonra baş vermişdi.

General Həftara təkcə Rusya dayaq durmur. O, həmçinin uzun müddətdir ki, Misir və Birləşmiş Ərəb Əmirliklərindən də dəstək alır. Hazırda Trampı qalib gəlməsi münasibəti ilə ilk təbrik edən xarici dövlət başçısı Misir prezidenti general Əbdülfəttah əl-Sisi ABŞ-da səfərdədir. Sisi Vaşinqtonu general Həftarı dəstəkləməyə çağırır. Trampın məsləhətçilərindən bəziləri də buna müsbət yanaşmağın tərəfdarıdır.

Avropa İttifaqı dəstəklədiyi və BMT-nin sponsor olduğu Fayez-əl-Sərrac hökuməti ilə general Həftar arasında anlaşma görmək istəyərdi. Baxmayaraq ki, o, uzun müddət komandiri qəbul etməyi rədd edib. Qərb diplomatları Moskvanın Liviyada Suriya və Ukraynada olduğu kimi ehtiyatlarından istifadə etməyəcəyini düşünür. Ona görə də onlar hesab edir ki, Rusya ilə konstruktiv dialoq qurulmalıdır.

Suriya məsələsinə gəlincə, onlar hesab edirlər ki, ABŞ əlaqələri genişləndirəcək. İdlibdə tətbiq edilən kimyəvi silah da daxil olmaqla, Rusya və Əsəd rejiminin hava hücumlarından zərər görən və ölən dinc adamların taleyi məsələsini Consonun Moskva ilə müzakirə edəcəyi gözlənilir. Aİ və Britaniya son hücumda rejimi günahkar bilsələr də, Dəməşq və Rusya isə “toksik maddələr”i saxlayan firmaya hava hücumunun nəticəsində kimyəvi maddənin yayıldığını bildirir. Lakin ehtimal olunur ki, Britaniya hökumətinin “Əsəd hakimiyyətdən getməyincə sülh ola bilməz” fikrindən geri çəkiləcək. Bu, Rusya ilə Britaniya arasında ən ziddiyyətli məsələdir.

Bundan əlavə, Britaniya Krımın işğalından sonra Kremlə qarşı ən sərt mövqedə duran və Ukraynanın ən böyük dəstəkçilərindən biri olub. London həmçinin hərbi təlimlər və korrupsiya əleyhinə tədbirlərin görülməsində də dəstək verir.
Hazırda Tramp administrasiyasının Ukrayna hökuməti ilə əlaqələri də yaxşı deyil. ABŞ-da keçirilən seçkilər zamanı prezident Petro Poroşenkonun qatı Rusya əleyhdarı olan Hillari Klintonu dəstəkləməsinə görə Tramp qəzəblidir. Böyük Britaniyanın Ukrayna siyasətinin ABŞ hökumətinin Ukraynaya münasibətindən nə dərəcədə asılı olaraq dəyişəcəyi isə hələ ki bəlli deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...